Müğənni və rejissor Mahsun Kırmızıgül sosial şəbəkədə kino sektoru ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, o paylaşımda son illərdə dizilər və rəqəmsal platformaların ön plana keçməsi ilə sinemanın dəyərini itirdiyini vurğulayıb.Eyni aktyorlar, eyni komandalar və serial büdcəsinə çəkilən filmlərin nəticəsində sinema əvvəlki dəyərini itirməyə başlayıb.

Sənətçi həmkarlarını maddi qazancdan çox sənətin dəyərlərinə önəm verməyə çağırıb: “Kino bitib, sahib çıxmalıyıq.Sinemanı yaşatmaq üçün isə bu məsələyə sadəcə pul olaraq baxmamalıyıq. Bir filmə yalnız qazanc mənbəyi olaraq baxmaq olmaz. sinema bir qazanc qapısı deyil, bir vicdan yeridir”.

Onun həmkarları paylaşımına dəstək olmağa da başlayıb. Gülben Ergen instaqram hesabında paylaşım edərək bu sözləri yazıb:

“Mahsunun “Sinemanı yaşatmalıyıq” çağırışına səs verirəm. Siz də dəstək olun, paylaşın kinomuzu birlikdə yaşadaq”.