Xalq artisti Zülfiyyə Xanbabayeva qısqanclıq hissinin olmadığını bildirib.
OLAY yazır ki, bu barədə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb:
“Mən düşünürəm ki, hamımızın aramızda sağlam rəqabət var. Qısqanclıq başqa şeydi. Çünki hər kəsin öz yolu, öz dəsti-xətti var. Qısqanclıq edib neynəyəcəm? Mən düşünürəm ki, qısqanclıq etsəm, özümə ziyan edərəm. Çünki qısqanclıq insanın həm xasiyyətinə, həm görünüşünə, həm sağlamlığına mənfi təsir göstərir. Mən nəyə görə özümə mənfi təsir göstərəcək şey edim, kimisə qısqanım gecələr yata bilməyim? Həmdə ki, çatışmayan nəyim var ki, qısqanclıq edim? Özünə güvənən insan düşünürəm ki, o hissləri yox edə bilər. Ancaq rəqabət əlbəttə ki, var”.
