Keçən ildən bəri birlikdə olan pop ulduzu Keti Perri və Castin Trudonun qırmızı xalçadakı görüntüsü hamiləlik şayiələrini yenidən alovlandırıb.
OLAY yazır ki, qırmızı xalçada Trudo əlini sevgilisinin qarnına qoyub, Perri isə nəzakətlə onun əlini qarnından uzaqlaşdırıb.
Bu hərəkət sosial mediada pərəstişkarların müxtəlif iddialar irəli sürməsinə səbəb olub.
Perrinin sevgilisinin əlini çəkməyə çalışması bəzi şəxslərdə onun hamiləliyini hələlik gizlətməyə çalışdığı təəssüratını yaradıb. Bununla belə, bu iddialar rəsmi şəkildə təsdiqlənməyib və hazırda yalnız fərziyyə xarakteri daşıyır.