Aktyor Pit Devidson müğənni Ariana Qrandeni müdafiə edib.

OLAY yazır ki, 32 yaşlı aktyor keçmiş sevgilisinin tənqid olunmasını görməyin ona xoş olmadığını etiraf edib.

“Bu, mənim heç xoşuma gəlmir. Bu, heç də yaxşı deyil. O, çox güclü insandır, bunu öz gözlərimlə görmüşəm və bunu başa düşmürəm. Baxmayaraq ki, o, bütün bunların öhdəsindən necə gələcəyini bilir. Uzun illərdir ki, bütün bunların içindədir. Ona görə də hər şey yaxşı olacaq, amma məncə, bu, çox pisdir” deyə Devidson bildirib.

Xatırladaq ki, müğənni “Petal” mahnısına çəkilən yeni klipdə həddindən artıq arıq görünməsi səbəbilə anoreksiyadan əziyyət çəkməkdə şübhəli bilinmişdi. Pərəstişkarları onun səhhəti ilə bağlı ciddi narahatlıq keçirmişdilər.

Keçmiş sevgilisini müdafiə etdi Keçmiş sevgilisini müdafiə etdi