Türk müğənni Gökhan Türkmen keçmiş əməkdaşı Muhammet Fatih T. tərəfindən ölümlə hədələndiyini, ağır təhqirlərə və israrlı təqibə məruz qaldığını iddia edərək prokurorluğa şikayət edib.
OLAY yazır ki, işdən çıxarılmasını qəbul edə bilməyən Muhammet Fatih T. təxminən bir ildir ki, Türkmenə qarşı sistemli şəkildə narahatedici hərəkətlər etməyə başlayıb.
Türkmen ərizəsində T.-nin ona göndərdiyi aşağıdakı mesajları sübut kimi təqdim edib:
“Səninlə ömrümün sonuna qədər mübarizə aparmasam, kişi deyiləm...”, “Gökhan Türkmen deyilən məxluq, başına bir iş gəlsə, bil ki, bundan mənim xəbərim var.”