Xalq artisti Aygün Kazımova müəllimi, Əməkdar incəsənt xadimi Vaqif Gərayzadə ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi müəlliminin ad günü olduğunu bildirib.
"Əziz müəllimim, Əməkdar incəsənət xadimi, yolumuza işıq, sənətimdə və həyatımda böyük imzası olan Vaqif Gərayzadə, doğum gününüz mübarək olsun. Sizə möhkəm can sağlığı arzu edirəm. Yaşayın və səhnədəki yaratdığınız əsərlərinizlə hər zaman fəxr edin" deyə, Kazımova paylaşımında qeyd edib.