Aparıcı Vüsalə Əlizadə “İncə səhər” verilişində təsirli çıxışı ilə diqqət çəkib.
OLAY yazır ki, qız övladları ilə bağlı danışan Əlizadə bunları söyləyib:
“Bu sözü həm demək istəyirəm, həm demək istəmirəm. Bütün qızlar atalarının şah əsəridirmi? Kaş ki, bütün atalar bunu ətraflı düşünə. Kaş ki, bütün atalar dərk edə ki, mənim arxamda “qız övladı” adı altında böyüyən bir parçam var. Kaş hər kəsin qüruru biraz incinə. Çox təəssüf. Bəzən həqiqətəndə çox təəssüf edirik. Allah var etsin, Allah qorusun, qız övladını canı qədər, nəfəsi qədət qoruyan atalarımızı”.