Dünyaca məşhur reper Kanye Uest və onun həyat yoldaşı Biyanka Senzori Tbilisidə görüntülənib.
OLAY yazır ki, 49 yaşlı reper konsert və şou proqramı üçün Gürcüstana səfər edib.
Cütlük şəhərdə yerləşən yerli kafelərdən birində, eləcə də hotellərin birinin girişində kameralar tərəfindən qeydə alınıb. Tbilisidə görüntülənən cütlüyün ictimai yerlərdə hərəkəti diqqət çəkib.
31 yaşlı Biyanka Senzori qara, yarı-şəffaf uzun libasda olub və üzünü qara yarı maska ilə örtüb. Kanye Uest isə adətən seçdiyi dəri materiallı “total look” üslubunda geyimdə görünüb.