Müğənni Keti Perri Belçikada keçirilən “Werchter Boutique” festivalında çıxışını ləğv etmək məcburiyyətində qalıb.

OLAY yazır ki, festival parkında baş tutması planlaşdırılan çıxışdan bir neçə saat əvvəl 41 yaşlı müğənni Avropanı əhatə edən kəskin istilər səbəbindən səhnəyə çıxmayacağını açıqlayıb.

“California Gurls” hitinin ifaçısı bildirib ki, çıxışın ləğvi hökumətin qərarı ilə və hava şəraiti ilə bağlı təhlükəsizlik narahatlıqlarına görə baş verib. O, bu barədə “Instagram” hesabında paylaşım edib.

İstilərə görə konserti təxirə salındı