“Həyat yoldaşımla sevgimizi sosial mediada da izləyicilərimizə göstərmək istəyirik. O videolar spontan olaraq çəkilir”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Miri Yusif şəhər restoranlarının birində baş tutan konsertindən öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yay mövsümündə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün xüsusi proqram hazırlayır. Miri Yusif qeyd edib ki, konsert proqramı 3 gün davam edəcək və açıq havada, paytaxtın ən sevilən məkanlarından biri olan Yaşıl Teatr səhnəsində baş tutacaq.

"İyulun 3-4-5-i tarixlərində nəzərdə tutulub. Səhnədə tamaşaçıya həm keyfiyyətli ifa, həm də vizual zövq təqdim etməyə çalışıram. Buna görə də səslə yanaşı, görünüşə və səhnə tərtibatına da xüsusi diqqət yetirirəm. Mənim tamaşaçım musiqiyə, sənətə görə konsertə gəlir. Mənim şoum onlarla ünsiyyətdir”.

O həyat yoldaşı ilə birlikdə sosial mediada paylaşdığı videolardan da danışıb:

“Videolar spontan alınır. Biz istəyirik aramızdakı və ailəmizdəki sevgini insanlarla paylaşaq. Göstərək ki, əsl sevgi və gözəl ailə budur”.

Konsert boyu Miri Yusifin sevilən hit mahnıları səslənib, tamaşaçılar musiqi və duyğularla zəngin, unudulmaz bir gecə yaşayıblar.

“Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik” “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik” “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik” “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik”