Tanınmış influenser Fidan Zeyn “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.

OLAY yazır ki, bu barədə bloger sosial media hesabında Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:

““Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən mən və Azerina etibarımızdan sui istifadə edilərək aldadılmışıq, nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılmasına baxmayaraq ciddi tədbir görülməmiş mənə vurulmuş ziyan hələ də ödənilməmişdir. İş üzrə obyektiv araşdırmanın aparılmasını xahiş edirik. Haqq-ədalət artıq öz yerini tapsın”.

Qeyd edək ki, Azerina da bundan öncə paylaşım edərək dələduzluğa məruz qaldığını bildirsə də, həmin şəxsin kimliyini açıqlamamışdı.

İş xanımından blogerlərə qarşı dələduzluq iddiası