Müğənni İradə İbrahimova instaqramda yeni paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, o ağ-qara rənglərdə olan şəklini bu başlıqla paylaşıb:
“Baxdığı hər şeyi gözəl görmək insanın qəlbinə xoş gələn ən gözəl hissdir. Qəlbimi bu duyğudan məhrum qoymamağa söz verdiyim gündən 25 il keçir. Neçə belə illərə, dağlar qızı”.
Sənətçi həmçinin yeni layihəsinin də müjdəsini verib və cümə günü yeni mahnısını təqdim edəcəyini bildirib.
