Xalq artisti Nazpəri Dostəliyeva idmanla məşğul olmasından danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Qonaqcanlı”da açıqlama verib. N. Dostəliyeva deyib ki, həftənin 3 günü idman edir:

“Gün ərzində iki saat idmanla məşğul oluram. Həftənin üç günü məşqə gedirəm. Buna hobbi kimi yanaşmıram, istəkdir. İdman etmək, hərəkətdə olmaq həyatımın bir hissəsidir. Hamınızı sevirəm, hər kəsə gözəl, səmimi yanaşıram”.