Müğənni Nura Suri sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o paylaşımında bu sözləri qeyd edib:

“Sosial şəbəkələrdəki son xəbərlər ürək bulandırır. Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və bu kimi xüsusiyyətlərə malik insanlar düşüblər əl-ayağa, danışdıqca da batırlar. Bütün bunları görmək və eşitmək, hətta eyni ölkədə yaşamaq təhqir kimidir. Hörmətli jurnalistlər, bir vətəndaş kimi xahiş edirəm, belə insanların yaxşı və ya pis heç bir müsahibəsini, yazdığı statusu paylaşmayın. Xahiş edirəm, bir müddət fəxr edə biləcəyimiz, qürur duya biləcəyimiz insanları, onların nailiyyətlərini və söhbətlərini paylaşın. Bir az bu çirkabdan təmizlənək, rahatlanaq. Vallah, fəxr edə biləcəyimiz insanlarımız çoxdur. Onları təbliğ edin”.