Evrim Akın 2007–2010-cu illər arasında yayımlanan “Bez Bebek” serialında Yağmur obrazı ilə tanınan Asena Keskincinin iddialarına ilk dəfə cavab verib.

OLAY yazır ki, Keskincinin “Anama gedib ‘Mənə ərinin nömrəsini ver, sizi barışdıracağam’ deyərək atamın nömrəsini alır. Bu qadın mənim ögey anam olur. Hələ də birlikdədirlər, eyni evdə yaşayırlar” açıqlaması barədə jurnalistlərin suallarını cavablandırıb.

Evrim Akın göz yaşları ilə verdiyi açıqlamada bunları deyib:

“Əsəblərimiz pozulub. Oturduğum yerdən qalxa bilmirəm. Ağlamaqdan tükənmişəm. Yaxşılıqdan başqa nə etmişəm? Anası mənim ad günümü təbrik edir”.

Bundan əvvəl Akının Asena Keskincinin atası Güray Keskinci ilə şam ağacı bəzəyərkən çəkilən görüntüləri üzə çıxmışdı.