Bu gün rus estradasının primadonnası, Rusiyanın Xalq artisti Alla Puqaçova 77 yaşını qeyd edir.
OLAY yazır ki, keçmiş həyat yoldaşının doğum günü münasibətilə müğənni Filipp Kirkorov duyğusal paylaşım edib və sənətçiyə səmimi sözlərlə müraciət edib.
“Sən əvvəlcə kasetdə, sonra pasportda idin. Həyatımın böyük bir hissəsisən, xatırladığım və qürur duyduğum. Böyük müğənni, böyük qadın. İnanıram ki, yenə görüşəcəyik. Ad günün mübarək, Alla!”, - deyə Filipp Bedrosoviç yazıb.
Qeyd edək ki, Puqaçova və Kirkorov 1994–2005-ci illərdə evli olublar. Boşandıqdan sonra isə dost münasibətlərini qoruyublar. Filipp Alla Borisovnanı həyatındakı əsas qadın adlandırır. Puqaçova isə öz növbəsində Filippi yaxın çevrəsinə daxil edir, hətta Maksim Qalkin ilə evli olduğu dövrdə belə onunla və ailəsi ilə ünsiyyətdə qalırdı.