Müğənni Səidə Sultan həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib.

OLAY yazır ki, sənətçi “İncə səhər” verilişində qonaq olarkən onun sevdiyi mahnılardan danışıb.

“Həyat yoldaşım “blatnoy” mahnıları sevir”“Bizdə evdə deyirlər ki, trendə baxanda adam şoka düşür, orada olmasan, yaxşıdır. Onun sevdiyi mahnılar bir az “blatnoy” tərzindədir. Mənə də o dedi ki, “Nəydi günahım”ı oxu. Bir mahnı da deyib, onu hələ açıqlamıram. Arada mahnılarımda belə məsləhətlər verir”, - deyə, sənətçi bildirib.

Qeyd edək ki, Səidə ötən ilin sentyabrında ailə qurub.

“Həyat yoldaşım “blatnoy” mahnıları sevir”