Müğənni Doğuş qatıldığı proqramda uşaq evində yaşadığı travmalardan danışıb.

OLAY yazır ki, valideynləri ayrıldıqdan sonra uşaq evinə yerləşdirildiyini deyən müğənni “O vaxtlar uşaq evləri çox amansız idi. Tualetə getməyə çatdıra bilmədiyim üçün işçilərdən biri ülgüclə qolumu kəsmişdi. Sonra isə uşaq evindən qaçdım” deyə bildirib.

Küçələrdə böyüdüyünü qeyd edən Doğuş “Ürəyimdən güllələndim, şişlə yaralandım. Hazırda hətta kişi də olmaya bilərdim, çox həssas yerlərimdən bıçaqlandım” sözləri ilə hər kəsi təəccübləndirib.