Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar müğənni Mərdan Kazımovun aranjimanından istifadə ediblər.

OLAY yazır ki, bu barədə Mərdan özü paylaşım edib.

O bildirib ki, AzTV-nin Yeni il şənliyində “Cavanlığım” mahnısının aranjimanı ondan icazə alınmadan istifadə olunub:

“İcazəsiz bizim aranjimanımızı istifadə edirsiniz,  canınız sağ olsun,  heç olmasa mənim səsimi silərdiniz. Biz qrupla bu mahnının aranjimanl üçün çox əziyyət çəkmişik, bütün alətlər canlı ifa olunub. İcazə almaq bu qədərmi çətindir? Halbuki,biz bu mahnıları oxuyanda bəstəkarlarından, rəhmətə gediblərsə də bəstəkarın varisindən icazə alırıq. AzTV, siz ümumiyyətlə niyə nəzarət etmirsiniz?”.

Mərdan daha sonra paylaşım edərək Gülyaz xanımın onunla əlaqə saxladığını və məsələni aydınlaşdırdıqlarını vurğulayıb.