Rusiyalı biznes-psixoloq Çermen Dzotti ilə bağlı sosial şəbəkələrdə ciddi tənqidlər və “boykot” çağırışları yayılıb.
OLAY yazır ki, səbəb onun seksual zorakılıq və məişət zorakılığı ilə bağlı mübahisəli açıqlamalarıdır.
“Kto krasavçik” adlı layihəyə verdiyi müsahibədə Dzotti “Bir daha deyirəm: bu dünyada heç bir qadın öz razılığı olmadan zorlanmayıb. Şüuraltı səviyyədə hər qadın bunu istəyib. Hər qadın döyülmək istəyib. Ona fiziki və emosional ağrı verilməsini istəyib” kimi ifadələr səsləndirib.
Bu isə, öz növbəsində, ciddi tənqidlərə səbəb olub.