Bu gün reper Orxan Zeynallının Heydər Əliyev Sarayındakı 3 günlük konserti başlayıb.
OLAY-ın məlumatına görə, Orxanın duet ortağı Mərdan Kazımov konsert üçün İstanbuldan gəlib.
Mərdan Orxanın jurnalistlərə müsahibəsi zamanı Saraya çatıb.
O, birbaşa hava limanından gəldiyini və paltarını maşında dəyişdiyini bildirib.
Qeyd edək ki, Orxan 29-30 noyabr tarixlərində də Heydər Əliyev adına Sarayda konsert verəcək. Biletləri iticket.az-dan əldə edə bilərsiniz.