Mart ayında evlənmək qərarı alan türk komediya ustası Hasan Can Kaya sevgilisi Duygu Karabaş ilə ailə həyatı qurub.
OLAY yazır ki, 36 yaşlı Hasan sevindirici xəbəri sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, nikah fotolarını paylaşaraq "Dünən belə bir şey oldu" qeydini əlavə edib və evləndiyini elan edib.