Futbolçu Devid Bekhem qızı Harperi 15 yaşı münasibətilə sosial şəbəkədə təbrik edib.
OLAY yazır ki, o, şəxsi bloqunda qızı ilə birlikdə çəkilmiş arxiv fotolarını paylaşıb.
“Biz səni çox sevirik və həyatımızda olduğun üçün hamımızın bəxtinin gətirdiyini hesab edirik. Sənə ən gözəl günləri arzulayırıq!” deyə 51 yaşlı Bekhem paylaşımında qeyd edib.