Türk müğənni Hadise Ahmet Çakara açdığı təzminat davasını qazanıb.

OLAY yazır ki, Çakar verilişlərin birində Hadiseyə “Tərbiyəsiz və görməmiş qadındır” – dediyi üçün müğənni ona 50 min lirəlik təzminat davası açıb. Məhkəmə Hadiseni haqlı görərək Çakarın müğənniyə 15 dekabr 2024-cü ildən bu yana olan faizi ilə birgə 50 min lirə təzminat ödəməsinə qərar verib.