Cici Hadid və Bella Hadidin keçən il ortaya çıxan ögey bacısı Aydan Nix, ilk dəfə ailəsi ilə qurduğu münasibətləri və bu prosesin həyatında yaratdığı dəyişiklikləri danışıb.

OLAY yazır ki, Aydan Hadid ailəsi tərəfindən düşündüyündən daha isti qarşılandığını bildirib. İlk telefon danışığında Anvar Hadid ona “kiçik bacım” deyə müraciət edib, Bella isə “əkizim” deyib. Hətta analarının telefonda Aydan və Bellanın səslərini ayırd edə bilmədiyini də qeyd edib.

Bu müddət ərzində Fələstin kökləri ilə daha güclü bağ qurduğunu bildirən Aydan Alana Hadidin ona Fələstin tarixi ilə bağlı materiallar göndərdiyini, Anvar Hadidin isə bu sahədəki fəaliyyəti ilə onu çox təsirləndirdiyini deyib. Cici isə ona Fələstin mətbəxini tanıdıb, yeməklərin adlarını öyrədib.

Moda təhsili alan Aydan, Cici Hadidin dəstəyi ilə stilist Gabriella Karefa Johnson ilə tanış olub. Daha sonra intensiv iş dövrlərində ona assistentlik edib və ilk set təcrübəsini "Victoria’s Secret" çəkilişində yaşayıb. Günün uzun və yorucu keçməsinə baxmayaraq, özünü ilk dəfə “tam olaraq aid olduğu yerdə” hiss etdiyini bildirib.

Hadidlərin bacısı Aydan ilk dəfə danışdı Hadidlərin bacısı Aydan ilk dəfə danışdı