Türk aktrisa Tuba Büyüküstün gözəl olduğunu düşünmədiyini və tərif qəbul etməkdə çətinlik çəkdiyini etiraf edib.
OLAY yazır ki, Tuba Büyüküstün Emel Özuğurın “Yargısız” adlı yutub proqramının qonağı olub. Aktrisa ona kompliment deyiləndə utandığını bildirərək “Mən kompliment qəbul etməkdə çox çətinlik çəkirəm” deyə bildirib.
Bundan əlavə o, “Özünü gözəl qadın hesab etdiyin bir günü xatırlayırsanmı?” sualına isə “Mən özümü gözəl qadın hesab etmirəm. Bunu insanlar deyib. Amma mən güzgüyə baxanda gözəl bir qadın görmürəm” deyə etiraf edib.