Aktrisa Zendayanın Fransa səfəri qalmaqal yaradıb.
OLAY yazır ki, buna səbəb onun ölkənin birinci xanımı Bricit Makronla görüş zamanı yerindən qalxmaması olub. “Euphoria” serialının ulduzunun davranışı sosial şəbəkələrdə tənqid edilib.
Aktrisa ön cərgədə oturaraq başqa bir qonaqla söhbət edirdi. Bu zaman milyarder Bernard Arno və Bricit Makron onun yanına yaxınlaşıblar.
Arno birinci xanımı aktrisaya təqdim edib. Zendaya isə oturduğu yerdən qalxmadan gülümsəyərək Bricit Makronla əl sıxıb.