ABŞ Prezidenti Donald Tramp növbəti çıxışı ilə gündəm olub.

OLAY yazır ki, o, sammitdə çıxış edərkən izdiham qarşısında bildirib ki, qadağan olunmuş suallar yoxdur, xüsusilə də əgər onlar intim münasibətlərə aiddirsə.

Cümə günü Floridada keçirilən investisiya sammitində Tramp sual-cavab sessiyasına hazırlaşarkən, gözlənilmədən toplaşanlara belə deyib:

“Məndən istədiyiniz hər şeyi soruşa bilərsiniz. Seks haqqında da danışa bilərsiniz”.

ABŞ prezidenti bildirib ki, digər siyasətçilərdən fərqli olaraq o, sualları əvvəlcədən yoxlamır, buna görə də Səudiyyə Ərəbistanının sponsorluğu ilə keçirilən investisiya konfransının iştirakçıları “istədikləri hər bir sualı” verə bilərlər.