Türkiyədə Kasım Qaripoğlu ilə bağlı aparılan araşdırma çərçivəsində onun sürücüsü İsmail Ahmet Akçay əlavə ifadə verib.

OLAY yazır ki, Akçay ifadəsində Qaripoğlunun evində təşkil olunan məclislərə qatılan bəzi şəxslərin adlarını açıqlayıb. Onun sözlərinə görə, həmin məclislərdə bir sıra tanınmış simalar da iştirak edib.

Sürücünün ifadəsində adı çəkilən şəxslər arasında aktyor Aras Bulut İynemli, iş adamları Kerim Sabancı və Hakan Sabancı, modellər Özge Ulusoy və Buse İskenderoğlu, Şeyma Subaşı, həmçinin Deniz Akkaya, Ebru Şallı, Yağmur Ünal, Ayşe Hatun Önal, Aykut Erçetin, Pınar Hacıraifoğlu, Aslışah Alkoçlar, Merve Taşkın, Zeynep Alkan və digər şəxslərin olduğu bildirilib.

Bundan başqa, siyahıda Kasım Qaripoğlunun qohumu Can Güleç, barmen Atilla Aydın və bir neçə başqa ad da yer alıb.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırmalar davam edir və adı çəkilən şəxslərin mövzu ilə bağlı rəsmi açıqlaması hələlik yoxdur. K. Qaripoğli çirkli pulların yuyulmasında ittiham olunur.