Türk aktrisa Hande Erçel və Metin Akdülgerin baş rollarında yer aldığı “İki dünya bir dilek” filminin yayım tarixi bəlli olub.

OLAY yazır ki, film 25 noyabrda “Prime Video” platformasında, 27 noyabrdan etibarən isə Rusiyada kinoda nümayiş olunacaq.

Filmdə Akdülger arxeoloq Can, Hande Erçel isə vəkil Bilge rolunu canlandıracaq. Filmdə 1998-ci ildə təsadüfən xəstəxanada tanış olan cütlüyün illər sonra qarşılaşaraq həyatlarının dəyişməyindən bəhs olunacaq.

Filmləri bu tarixdə yayımlanacaq Filmləri bu tarixdə yayımlanacaq