Türkiyənin məşhur müğənni və televiziya aparıcısı Fatih Ürek infarkt keçirib.
OLAY yazır ki, bu barədə türk mediasında xəbərlər yayılıb. Səhər saatlarında yaşadığı evdə ürəyi dayanan sənətçi hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, Fatih Ürek “Hadi hadi”, “Sus”, “Hayde” kimi hit mahnıları və televiziyada yayımlanan “Gelinim mutfakta”, “Kuaförüm sensin” kimi aparıcısı olduğu verilişlərlə tanınıb.