Reper Eysəp Rokki konsert zamanı səsləndirdiyi mübahisəli açıqlamadan sonra qalmaqalın mərkəzinə düşüb.
OLAY yazır ki, sənətçinin qadən tamaşaçılara “Şükür Allaha ki, məni subay olanda tanımırdınız” sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Pərəstişkarların bir qismi bu ifadəni qadınlara, eləcə də musiqiçinin üç övladını birlikdə böyütdüyü həyat yoldaşı Rihannaya qarşı hörmətsizlik kimi qiymətləndirib.
Bir çox pərəstişkar hesab edir ki, üç uşaq atası və ciddi münasibətdə olan bir insan üçün belə ifadələr yersizdir. Hətta sosial şəbəkələrdə Rihannanı tərəfdaşının davranışına diqqət yetirməyə və onunla ayrılmağa çağıranlar da olub.