Eyni serialda rol aldığı Ersin Arıcı ilə 2 il əvvəl evlənən aktrisa Beril Pozam səmimi etiraflar edib.
OLAY yazır ki, jurnal üçün müsahibə verən aktrisa “Evlilik, həyatın həm gözəlliyini, həm də acısını paylaşa biləcəyin biri varsa, çox gözəl bir şeydir. Evlilik özünü güvəndə, xoşbəxt və rahat hiss etdiyin bir yerdir. Ətrafımdakı insanların gözəlliyi bir çox şeydən daha dəyərlidir. Mən ruhumun sağlamlığına çox önəm verirəm” deyə bildirib.
Qeyd edək ki, Beril Pozam və Ersin Arıcı bir zamanlar yayımlanan “Yalı Çapkını” serialında tanış olub.