Kalkinin fikrincə, evin özü valideyn-uşaq münasibətlərinin metaforası kimi təqdim oluna bilər.
“Evdə tək” filminin aktyoru Makaley Kalkin maraqlı ideyası ilə diqqət çəkib.
OLAY yazır ki, o əgər “Evdə tək” filminin davamı çəkiləcəksə ssenarisinin bu şəkildə olmağını təklif edib:
“ Kevin Makkallister rolunu yenidən canlandırmaq istəyərəm. Belə bir ideyam var ki, mən yeni süjetdə ya dul ya da boşanmış ata obrazını canlandırım. Həm uşaq böyüdüb həm də işlədiyimə görə uşağıma çox vaxt ayıra bilmirəm və o buna qəzəblənərək məni evdən qovur. O mənim evə girməməyim üçün maneələr yaradır və mən ilk filmdəki oğrularla yerimi dəyişib öz evimə daxil olmağa çalışıram”.