Məşhur türk komediya ustası Yasemin Sakallıoğlu evlilik münasibətlərinə kənardan müdaxilə edən şəxslərlə bağlı diqqətçəkən açıqlamalar verib.
OLAY yazır ki, həyat yoldaşının bir dostu ilə arasında yaşanan söhbətdən danışan Sakallıoğlu həmin şəxsin ərini başqa qadınlarla münasibət yaşamağa təşviq etməyə çalışdığını bildirib.
“Ərimin bir dostu ona belə dedi: ‘Qardaş, heç istəyin gəlmir?’ Yəni demək istəyir ki, Yaseminə xəyanət elə” deyə Sakallıoğlu bildirib.
Açıqlamasının davamında evli cütlüklərin münasibətlərinə müdaxilə edilməməli olduğunu bildirən Sakallıoğlu “Bu, böyük əxlaqsızlıqdır. Öz həyatınızda nə edirsinizsə, edin, amma evli insanların ailə həyatını pozmağa çalışmayın” deyib.