Əfsanəvi fransız aktrisa Bricit Bardo ilə evli olan dördüncü və sonuncu həyat yoldaşı, 85 yaşlı Bernard d’Ormal mərhum ulduzun geyim və alt paltarlarının satışa çıxarıldığı Parisdə keçirilən genişmiqyaslı hərracı açıq şəkildə pisləyib.
OLAY yazır ki, o, hərracı qalmaqallı və həyat yoldaşının xatirəsinə hörmətsizlik adlandırıb.
Hərracda aktrisanın qarderobundan 300 lot, o cümlədən onun məşhur saman papaqları, beretləri, tualet əşyaları və alt paltarları satışa çıxarılacaq. Əldə ediləcək vəsaitin Bardonun təsis etdiyi heyvanların müdafiəsi fonduna və onun 66 yaşlı oğlu Nikolas Şaryeyə yönəldilməsi planlaşdırılır. Lakin Bernard bunu kinayəli bəhanə hesab edir.
“Bu əşyalar şəxsidir. Bu satışı niyə təşkil edirlər? Heyvanlar naminə? Bu, zarafatdır və Bricitin xatirəsinə hörmətsizlikdir. Bütün bunlar fars tamaşasına çevrilib. Onu bu şəkildə soyundurmaq qalmaqaldır” deyə d’Ormal bildirib.