Müğənni Elif Buse Doğan haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.
OLAY yazır ki, o instaqramda hekayə bölməsində paylaşım edərək bu sözləri yazıb:
“Şəxsi həyatımla bağlı heç vaxt danışmaq istəməsəm də, son günlərdə haqqımda çıxan xəbərlərə görə bu açıqlamanı vermək məcburiyyətində qaldım. Xəbərlərə mövzu olan şəxs ilə 10 gün əvvəl dostlarımın vasitəsi ilə tanış olmuşuq. Ancaq xəbərlərdə yazılan və paylaşılan bütün iddialar yalandır. “Boşanmağa səbəb olduğum” böhtanını ortaya atan və sübut edə bilməyən hər kəsə qarşı hüquqi prosesi axıra qədər davam etdirəcəyəm”.
Xatırladaq ki, türk mediasında Doğanın Ebru Gündeşin köhnə həyat yoldaşı Murat Özdemirlə münasibətinin olduğu və cütlüyün bu səbəbdən boşandığı ilə bağlı xəbərlər yayılmışdı.
