Aparıcı Mətanət Əliverdiyeva ifaçılara narazılığını dilə gətirib.

OLAY yazır ki, o “Xəzər axşamı” verilişində efirə mühafizəçilərlə gələn gənc ifaçılara səslənib:

“Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız qarpızlanmasın. Verilişimə qonaq gələrkən özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bu cür bəyənir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki? Verilişlərə, konsertlərə  elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq”.