Türk müğənni Ebru Gündeşin boşanması ilə bağlı bəzi faktlar üzə çıxıb.
OLAY yazır ki, türk mediasında yayılan xəbərlərə görə 1 ildən çoxdur ki bir yerdə olan cütlük xəyanətə görə ayrılıb. Həyat yoldaşı Murat Özdemirin müğənni Elif Buse Doğan ilə mesajlaşdığını görən Gündeş dərhal boşanmaq üçün məhkəməyə müraciət edib.
Özdemirin boşandıqdan bir müddət sonra Elif Buse Doğanın Kuruçeşmede səhnə aldığı məkana getməsi bu iddiaları daha da gücləndirib. Özdemir və Doğanın 1 aydır ki Kuruçeşmede bir yerdə qaldıqları da iddia olunub.
