Aparıcı Saleh Bağırov qızı Nərgizlə bağlə paylaşım edib.

OLAY yazır ki, o, övladının ad günü olduğunu bildirib:

“Düz 9 il əvvəl bu möcüzə qız işıq saçdı həyatımıza. Düz 9 ildir ki, bəzəyirsən ömrümüzü. Gözəlim qızım, sən doğulan gün elə güclü, bərk külək var idi ki, aləm uçulurdu... İndi düşünürəm ki, heç nə elə-belə deyilmiş... Demə, xasiyyətin də külək kimi gah xəzri, gah gilavardır, şıltaq balam. Gah şərq, gah qərb, gah şimal, gah da cənub küləyi olduğunu dəqiqləşdirə də bilmirəm... Amma bir şeyi lap dəqiq bilirəm! Sən bizim ailəmiz üçün təbiətin ən gözəl hadisəsi, ən sərin mehi, ən təmiz ürəkli mələyi, ən şehli çiçəyisən, Nərgiz gülüm! Günün mübarək! Xoşbəxt, sağlam yaşa, balam! Şəkillərdə Nərgizin noyabrda Dubayda keçirilən “International Olympiad Brain Master 2025”də qazandığı birinciliyin sevincidir. Şəkillər hələ indi üzə çıxdı. Qoy böyük uğurlarının şəkilləri gələcəyə bol olsun!”.

“Düz 9 ildir ki, ömrümüzü bəzəyirsən” “Düz 9 ildir ki, ömrümüzü bəzəyirsən” “Düz 9 ildir ki, ömrümüzü bəzəyirsən”