Məşhur rəssam Devid Hokni 89 yaşında vəfat edib.

OLAY yazır ki, məşhur britaniyalı rəssam 89 yaşına bir ay qalmış evində dünyasını dəyişib. Hokni XX və XXI əsrin müasir incəsənətində ən mühüm fiqurlardan biri hesab olunur.

Pop-artın “yaşayan klassiki” kimi tanınan Hokni son onilliklərin ən nüfuzlu rəssamları siyahısında yer alıb. O, həmçinin dünyanın ən bahalı müasir sənətkarlarından biri olub. 2018-ci ildə onun məşhur “A Bigger Splash” əsəri “Sotheby’s” hərracında 90,3 milyon dollara satılıb.

Dünyanın ən bahalı rəssamı vəfat etdi Dünyanın ən bahalı rəssamı vəfat etdi