Aktrisa Serenay Sarıkaya dünyaca məşhur markanın reklam üzü olacaq.
OLAY yazır ki, “Mavi”, “Akbank” kimi böyük markaların reklamına çəkilən aktrisa “Loreal” markasının da siması olacaq.
Yaxında imzalanacaq razılaşmaya əsasən Sarıkaya 1 il müddətində firmanın reklamlarında rol alacaq və fotosessiyalarda iştirak edəcək.
Qeyd edək ki, Serenaydan əvvəl aktrisa Pınar Deniz brendin siması idi.