Müğənni Doğuş efirdə haqqında səslənən iddialarla bağlı məhkəməni qazanıb.

OLAY yazır ki, bu barədə tanınmış vəkil Feyza Altun məlumat yayıb.

“Müvəkkilimiz Doğuş əleyhinə Show TV-də təxminən iki il əvvəl Didem Arslan Yılmazın proqramında şəxsi həyatına qarşı demək olar ki, iftiralarla dolu, hücum xarakterli yayıma görə qaldırdığımız mənəvi təzminat davasını qazanmışıq. Sözügedən təzminat məbləği tahsil edildikdən sonra müvəkkilimiz Doğuş tərəfindən Kansersiz Yaşam Dərnəyinə ianə ediləcək. Bu məlumatı ictimaiyyətin diqqətinə çatdırırıq”, - deyə, F. Altun bildirib.

Bu məlumatı ifaçının xanımı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı da paylaşıb.

Qeyd edək ki, iki il öncə sözügedən proqrama çıxan bir qadın Doğuşla münasibətinin olduğunu iddia etmişdi. Ardınca aparılan araşdırma nəticəsində həmin şəxsin adını çəkdiyi insanların Doğuşla əlaqəsinin olmadığı təsdiqlənmiş, hətta Didem Arslan üzr istəmişdi.

Doğuşla Xoşqədəm türk aparıcını məhkəmədə uddu!