Şahzadə Diananın məşhur tacı dünyada ən tanınmış kral ailəsi zinət əşyalarından biri hesab olunur.

OLAY yazır ki, buna baxmayaraq, bu dəyərli miras nə şahzadə Keytə, nə də şahzadə Meqana qismət olacaq. Çünki Diana bu məşhur tacı toyunda taxmazdan əvvəl o, artıq Spenser ailəsinin qiymətli ailə yadigarı idi. Sintiya Spenser vəfat etdikdən sonra tac onun oğlu Con Spensera keçib.

Beləliklə, tacın sonrakı varisi kral ailəsinin hər hansı bir üzvü deyil, Çarlz Spenserın oğlu Lui Spenser olacaq. Bu səbəbdən məşhur Spenser tacı gələcəkdə də Spenser ailəsinin nəzarətində qalacaq və Britaniya kral ailəsinin digər üzvlərinə ötürülməyəcək.

Diananın tacı heç bir gəlininə qismət olmayacaq! Diananın tacı heç bir gəlininə qismət olmayacaq!