Türk bloger Danla Bilic doqquzuncu əməliyyatından sonra xəstəxanada müalicə alır.
OLAY yazır ki, yeni paylaşım edən Bilic karantinə alındığını açıqlayıb.
“Aquafilling” prosedurundan sonra dolğunun bədəninə yayılması səbəbindən doqquz dəfə əməliyyat keçirən Danla Bilicdən yeni açıqlama gəlib. Hazırda xəstəxanada müalicəsi davam edən Bilic sosial şəbəkə hesabında “Səhər yuxudan oyandım ki, karantinə alınmışam” deyə paylaşım edib.