Məşhur aktrisa Damla Sönmez iki ildir gözdən uzaq yaşadığı münasibəti evliliklə rəsmiləşdirməyə hazırlaşır.

OLAY yazır ki, Sönmezin menecer sevgilisi İlkay Akıncı ilə 11 iyul tarixində İstanbul şəhərində ailə üzvləri və yaxın dostlarının iştirakı ilə keçiriləcək sadə mərasimdə nikah masasına əyləşəcəyi bildirilib.

Məlumata görə, cütlük münasibətlərini uzun müddət mediadan uzaq saxlasa da, artıq evlilik qərarı verərək yeni həyatlarına birlikdə başlamağa hazırlaşır.