Yıldız Tilbenin konsertini izləməyə gedən aktrisa Gökçe Akyıldız media nümayəndələrinin suallarını cavablandırıb.
OLAY yazır ki, təxminən iki ay eşq yaşadığı həmkarı Berk Atan ilə münasibətini yanvar ayında bitirən Gökçe Akyıldız ayrılıqla bağlı suallara “Üstündən çox vaxt keçib, indi bu haqda danışmaq çox da xoş olmaz” ifadələrini işlədib.
Akyıldız Atan haqqında verilən “Necə insan idi?” sualına isə “Çox şirin insan idi, çox mehriban biri idi” cavabını verərək keçmiş sevgilisini tərifləyib.