Türkiyə kino tarixinin unudulmaz serialı “Kurtlar vadisi”ndəki Süleyman Çakır obrazının 20-ci ölüm ildönümüdür. 

OLAY yazır ki, hər il öldüyü bölümün ekrana gəldiyi gün anılan personaj bu il də unudulmayıb.

Çakır ölümünün 20-ci ilində gündəmdəSevənləri sosial şəbəkələrdə paylaşımlar edərək Çakırı yada salıb. Ona həyat verən aktyor Oktay Kaynarca da ənənəyə sadiq qalaraq əfsanəvi obrazı ilə bağlı paylaşım edib:

“Rəhmətliyin 20-ci ölüm ildönümündə Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyirəm. Allah rəhmət etsin, gözəl insan idi”, - deyə, vurğulayıb. 

Qeyd edək ki, Çakır yeganə obrazdır ki, onun ekran işindəki ölümündən sonra məscidlərdə ruhuna dualar oxudulmuş, ehsan verilmişdi.