Məşhur serialın aktyoru qocalar evinə yerləşdirilib.
OLAY yazır ki, “Cennet mahallesi” serialında “Ethem” obrazını canlandıran aktyor Zihni Göktay evinin plana düşməsi səbəbi ilə söküləcəyini açıqlamışdı. Sosial şəbəkələrdə yayılan görüntülərə görə 79 yaşlı aktyor hazırda Maltepedə qocalar evindədir.