Türk musiqisinin tanınmış sənətçilərindən olan Cengiz Kurtoğlu Konyada keçiriləcək konsertinə getmək üçün yola çıxarkən yol-nəqliyyat hadisəsi keçirib.

OLAY yazır ki, baş verən xoşagəlməz hadisədən sonra xəstəxanaya aparılan sənətçinin müayinələri zamanı ayağında çat olduğu müəyyən edilib.

Səhhətinin ümumilikdə yaxşı olduğu və vəziyyətinin nəzarət altında saxlanıldığı bildirilən sənətçinin həkimlərin tövsiyəsi ilə bir müddət istirahət edəcəyi qeyd olunub.